AZ

Əvvəlkindən 20 dəfə daha güclü zərbə endiriləcək - Tramp İranı hədələdi

Əgər Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, ABŞ İrana əvvəlkindən 20 dəfə daha güclü zərbə endirəcək.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu TruthSocial sosial media səhifəsində açıqlayıb.

"Əgər İran Hörmüz boğazından neft axınını dayandıran tədbir görərsə, ABŞ əvvəlkindən 20 dəfə daha güclü zərbə endirəcək. Bundan əlavə, yumşaq hədəflər məhv ediləcək və bu da İranın bir millət kimi bərpasını faktiki olaraq qeyri-mümkün edəcək" Ağ Ev rəhbəri yazıb.

O, bunu ABŞ-ın Çinə və Hörmüz boğazından fəal istifadə edən digər ölkələrə hədiyyəsi adlandırıb. Tramp həmçinin bu jestin yüksək qiymətləndiriləcəyinə ümid etdiyini bildirib.

Seçilən
96
5
ucnoqta.az

7Mənbələr