Bakı. Trend:
İtaliya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzixəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Neapol şəhərindən 43 kmcənub-qərbdə olub. Yeraltı təkanların ocağı 375 km dərinlikdəyerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.Sunami təhlükəsi elan edilməyib.