AZ

Tramp: İrana qarşı zərbələrin intensivliyi 20 dəfə artırıla bilər

Tramp: İrana qarşı zərbələrin intensivliyi 20 dəfə artırıla bilər

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran Hörmüz boğazı vasitəsilə neft tədarükünə mane olmağa çalışarsa, Vaşinqton İrana endirilən zərbələrin intensivliyini 20 dəfə artıra bilər.

AFN.az-ın xəbərinə görə, "Truth Social" şəbəkəsindəki hesabında paylaşım edən Ağ Ev rəhbəri bildirib ki, ABŞ asanlıqla məhv edilə bilən hədəflərə hücum edəcək və bundan sonra İranın bərpası demək olar ki, qeyri-mümkün olacaq. Trampın sözlərinə görə, belə bir ssenari baş verərsə, İslam Respublikasını "ölüm, atəş və qəzəb" gözləyir.

Prezident bu vəziyyətin yaşanmamasını arzuladığını qeyd edərək, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsini ABŞ-ın Çinə və bu marşrutdan istifadə edən bütün digər ölkələrə bir "hədiyyəsi" kimi qiymətləndirib. O, bu jestin minnətdarlıqla qarşılanacağına ümid etdiyini bildirib.

Ekspertlər qeyd edirlər ki, Trampın "20 dəfə güclü" ifadəsi İranın elektrik şəbəkələri və qalan neft terminallarının tamamilə məhv edilməsi mənasına gələ bilər.

Seçilən
74
7
afn.az

10Mənbələr