AZ

Çin və ABŞ arasında ticarət dövriyyəsi yanvar-fevral aylarında 15,1% azalıb

Çin və ABŞ arasında ticarət dövriyyəsi yanvar-fevral aylarında 15,1% azalıb

Çin və ABŞ arasındakı qarşılıqlı ticarət dövriyyəsi bu ilin yanvar-fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% azalaraq 86,64 milyard dollar təşkil edib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin dərc etdiyi rəsmi məlumatlara görə, hesabat dövründə Çindən ABŞ-a ixrac 11% azalaraq 67,24 milyard dollara düşüb.

Eyni zamanda, ABŞ-dan Çinə göndərilən malların həcmində daha kəskin azalma müşahidə olunub. Belə ki, Birləşmiş Ştatların Çinə ixracı 26,7% azalaraq 19,4 milyard dollar təşkil edib.

Ekspertlər ticarət dövriyyəsindəki bu geriləməni iki ölkə arasında artan tarif gərginliyi və tədarük zəncirlərinin diversifikasiyası ilə əlaqələndirirlər. Çin Baş Gömrük İdarəsinin rəsmi hesabatında qeyd olunur ki, ABŞ artıq Çinin ən böyük ticarət tərəfdaşları siyahısında mövqeyini itirməkdə davam edir.

Seçilən
71
afn.az

1Mənbələr