AZ

Yaponiya zavodunda dəm qazı sızmasından altı nəfər zəhərlənib

Yaponiyanın Gifu prefekturasındakı sellüloz fabrikində baş verən hadisədə ən azı altı nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, Yaponiya ictimai televiziyası məlumat yayıb.

Dəm qazı sızması klapanların dəyişdirilməsi üçün təmir işləri zamanı baş verib.

Təcili yardım xidmətlərinin məlumatına görə, bütün zərərçəkənlərə tibbi yardım göstərilib.

Seçilən
57
ucnoqta.az

1Mənbələr