AZ

Google Translate də yeni funksiya tətbiq ediləcək

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Yeni beta versiyasında "Google Translate" tətbiqində dillər arasında keçidi asanlaşdıracaq yeni funksiya aşkar edilib.

Oxu.Az bu barədə "Android Authority" saytına istinadən xəbər verir.

Yeniliyin mahiyyəti ondan ibarətdir ki, istifadəçilər özləri üçün ən vacib olan dilləri ekranın yuxarı hissəsində sabitləyə biləcəklər. Hazırda bu rolu son istifadə olunan dillərin avtomatik siyahısı yerinə yetirir. Lakin bu siyahı yalnız doqquz dildən ibarət olur və daim dəyişir.

Yeni "Pinned languages" ("Sabitlənmiş dillər") bölməsi isə tətbiqin interfeysində 10 dilə qədər sabit şəkildə göstərməyə imkan verəcək. Bu dillər həmişə "Son əlavə olunan dillər" siyahısından yuxarıda görünəcək.

Funksiyanın idarə olunması jestlər vasitəsilə həyata keçiriləcək. Siyahıdakı dil üzərində işarəni sağa sürüşdürmək lazımdır. Sonra sancağa bənzər ikonaya basaraq dili sabitləmək mümkündür. Dili siyahıdan çıxarmaq üçün isə eyni hərəkət edilir, lakin bu dəfə "Sabitdən çıxar" düyməsi görünür.

Hazırda funksiya qapalı test mərhələsindədir və onun ictimai versiyada nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
73
oxu.az

1Mənbələr