AZ

Yeddilik nazirləri yenə yığışır: Neft anbarları bazara açılacaq?

Yeddilik Qrupunun (G7) enerji nazirləri enerji qiymətlərində kəskin dalğalanmalar fonunda daha bir görüş keçirməyi planlaşdırır

Musavat.com xəbər verir ki, bunu Yaponiyanın maliyyə naziri Satsuki Katayama jurnalistlərə açıqlayıb.

Onun sözlərinə görə, görüşdə bazarda qiymətləri stabilləşdirmək üçün neft ehtiyatlarından koordinasiyalı şəkildə istifadə edilməsi imkanları müzakirə olunacaq.

Kyodo Xəbər Agentliyinin məlumatına görə, enerji nazirlərinin danışıqları martın 10-da baş tuta bilər.

Martın 9-da G7 nazirləri artıq bu məsələ ilə bağlı görüş keçiriblər. Bildirilib ki, tərəflər qlobal enerji təchizatını dəstəkləmək üçün lazımi tədbirləri görmək barədə razılığa gəliblər.

Qeyd edək ki, dünənLondonun ICE birjasında Brent markalı xam neftin 2026-cı ilin may ayı üçün fyuçerslərinin qiyməti 119 dollara çatdıqdan 24 saat sonra yenidən 90 dollardan aşağı düşüb.

Musavat.com

Seçilən
78
musavat.com

1Mənbələr