AZ

Müharibə bazarları vurdu: bu şəxslər qazanclı çıxacaq

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ iqtisadiyyatı yeni bir böhran həddinə yaxınlaşır. Cəmi 5 gün ərzində fond bazarlarından təxminən 3 trilyon dollar dəyər silinib. Neft qiymətləri sürətlə yüksəlir, Hörmüz boğazında yaranan gərginlik isə qlobal enerji bazarlarına təhlükə yaradır.

İş yerlərində itkilər artmaqda davam edir və inflyasiya yenidən yüksəlməyə başlayacağına dair siqnallar verir. Bu vəziyyət iqtisadiyyatın qarşısında ciddi risklərin olduğunu göstərir və gələcək perspektivlər barədə narahatlıqları artırır.

Globalinfo.az-a danışan Real Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, geosiyasi gərginlik artanda neft qiymətləri yüksəlir, birjalarda isə qiymətli kağızlara maraq azalır:

“İnvestorların bir çoxu qiymətli metallara və nağd şəkildə vəsaitin saxlanılmasına yönəlir. Çünki ingilislərin dediyi kimi, “nəğd həmişə kraldır”. Belə geosiyasi gərginlik zamanı investorlar vəsaitlərini nağd pula çevirməyə üstünlük verirlər. Neftin qiymətində də artım müşahidə olunur.

Natiq Cəfərli

Amma bütün bunlar yalnız təməl səbəblərlə bağlı deyil. Fundamentlə iqtisadiyyatda belə dalğalanmalar baş verir. Bu hadisələrin yeganə səbəbi isə geosiyasi gərginlikdir. İran ətrafındakı gərginlik səngidikdə və müharibə bitdikdə dünya birjaları addım-addım əvvəlki vəziyyətinə qayıdacaq. Geosiyasi gərginlik müvəqqəti olaraq böhranlı vəziyyət yaradır, amma sistematik böhran törətmir.

Ona görə düşünürəm ki, müharibə bitən kimi dünya birjaları əvvəlki vəziyyətinə dönəcək”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
globalinfo.az

1Mənbələr