AZ

Ölüm, od və qəzəb onlara göndəriləcək

İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün bir şey etsə, ABŞ ona indiyə qədər etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Thuth Social"da yazıb.

"Bundan əlavə, biz həssas hədəfləri məhv edəcəyik və bununla da İranın bir dövlət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyik. Ölüm, od və qəzəb onlara göndəriləcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin!", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, bu, ABŞ-ın Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə hədiyyəsi olacaq.

Seçilən
42
publika.az

1Mənbələr