Kanal D-nin 20 mövsümdür yayımlanan məşhur “Arka Sokaklar” serialında Rıza Baba obrazını canlandıran tanınmış aktyor Zafer Ergin ilə bağlı üzücü xəbər yayılıb.
Musavat.com xəbər verir ki, 83 yaşlı aktyor qan laxtalanması səbəbindən xəstəxanaya yerləşdirilib.
Aktyorun səhhəti ilə bağlı ilk açıqlamanı həyat yoldaşı Binnaz Ergin verib.
O bildirib ki, aktyorun vəziyyəti hazırda yaxşıdır:
“Bədəni susuz qalıb. Həmçinin infeksiya göstəriciləri yüksək çıxmışdı. İndi yaxşıdır. Bu gün sadəcə nəzarət məqsədilə xəstəxanadayıq. Çərşənbə günü yenidən çəkiliş meydançasına gedəcək”.
Musavat.com