AZ

Mixael Şumaxer yataq xəstəsidir? - Dostu gizlinləri açır  

“Corriere della Sera” qəzetinin köşə yazısında almaniyalı "Formula-1" pilotu Mixael Şumaxerin yaxın dostu, təxminən on iki il əvvəl dəhşətli xizək qəzasından sağ çıxan keçmiş F1 çempionunun səhhətindəki mürəkkəb problemlərdən danışıb.

Bakıvaxtı.az “actu.gala.fr”ə istinadən xəbər verir ki, 2013-cü ilin dekabr ayından bəri Mixael Şumaxer haqqında olduqca ehtiyatlı və az xəbərlər yayılır. Dəhşətli xizək qəzasından sonra sağlamlığı barədə çox məlumat vermək istəməyən ailəsi onun haqqında çox az şey danışır. Lakin onu ziyarət etməyə davam edən bir neçə yaxın dostu bəzən keçmiş pilotun çətin vəziyyətdə olduğunu bildirirlər. “Corriere della Sera” qəzetinin səhifələrində  Benetton Formula komandalarının keçmiş direktoru Flavio Briator  çempionun vəziyyəti barədə danışıb.

O, Mixael Şumaxerin yataq xəstəsi olduğunu söyləyib:

“Gözlərimi yumuram və qələbədən sonra onu gülümsəyən görürəm. Onu yataqda uzanmaqdansa, belə xatırlamağa üstünlük verirəm. O, tək özünü idarə edə bilmir, qulluqçulardan asılıdır”.

Aydın Baxış

 

Seçilən
100
1
bakivaxti.az

2Mənbələr