AZ

ABŞ fond bazarlarında əsas indekslərdə artım müşahidə olub

ABŞ fond bazarlarında əsas indekslər ticarət gününü artımla başa vurub.

APA-Economics” xəbər verir ki, Dow Jones indeksi 0,50% və ya 239,25 bənd artaraq 47 740,80 bəndə yüksəlib.
S&P 500 indeksi 0,83% və ya 55,97 bənd artaraq 6 795,99 bənd təşkil edib.
Texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi Nasdaq Composite indeksi isə 1,38% və ya 308,27 bənd artaraq 22 695,95 bəndə çatıb.

Avropa fond bazarlarında isə əsas indekslərdə azalma qeydə alınıb.

Belə ki, FTSE 100 indeksi 0,34% və ya 35,23 bənd azalaraq 10 249,52 bəndə düşüb.
Almaniyanın DAX indeksi 0,77% və ya 181,66 bənd azalaraq 23 409,37 bənd olub.
Fransanın CAC 40 indeksi isə 0,98% və ya 78,13 bənd azalaraq 7 915,36 bənd təşkil edib.

Asiya-Sakit okean regionunda isə əsas indekslərdə artım qeydə alınıb.

Yaponiyanın Nikkei 225 indeksi 1,77% və ya 925,34 bənd artaraq 53 654,08 bəndə yüksəlib.
Honq Konqun Hang Seng indeksi 1,67% və ya 424,71 bənd artaraq 25 833,17 bəndə çatıb.
Çinin CSI 300 indeksi isə 1,09% və ya 50,12 bənd artaraq 4 665,57 bənd olub.

Bazarların dinamikasına Yaxın Şərqdə artan geosiyasi gərginlik və enerji bazarlarında qeyri-müəyyənlik təsir göstərib. ABŞ Prezidenti Donald Tramp münaqişənin tezliklə başa çata biləcəyini bildirsə də, investorlar risklərin hələ tam aradan qalxmadığını hesab edir. Bu səbəbdən kapitalın bir hissəsi ABŞ texnologiya şirkətlərinə yönəlib, Avropa bazarlarında isə satışlar üstünlük təşkil edib.

Seçilən
61
2
apa.az

3Mənbələr