AZ

Harri Keynin gələcəyi ilə bağlı yeni xəbər yayıldı

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bavariya" hücumçu Harri Keynin müqavilə şərtlərini yaxşılaşdırmağı düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 

Mənbənin sözlərinə görə, klubun baş direktoru Yan-Kristian Dresen artıq ingilis hücumçunun ailəsi ilə potensial müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb. Oyunçunun Münhen klubu ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədərdir.

"Bavariya"nın rəhbərliyi Keyni təkcə meydandakı əla oyunlarına görə deyil, həm də peşəkarlığına və şəxsi keyfiyyətlərinə görə qiymətləndirir. Klub hücumçunun komanda üçün əhəmiyyətini vurğulamaq istəyir və buna görə də ona daha əlverişli maliyyə şərtləri ilə yeni anlaşma təklif etməyə hazırdır.

Qeyd edək ki, Keyn Münhen klubunun heətində ümumilikdə 133 oyun keçirib, 130 qol vurub və 31 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
43
sport24.az

1Mənbələr