AZ

Tramp seçki qanunvericiliyini dəyişmək istəyir

ain.az, Reyting.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Tramp növbəti dəfə qalmaqal yarada biləcək iddia ilə gündəmə gəlib. Yerli mətbuat yazır ki, o, ölkənin seçki qanunvericiliyinin dəyişdirilməsini tələb edir.

Reyting.az-ın məlumatına görə, Tramp deyib ki, ABŞ Senatı "Amerikalı seçicilərin seçkilərdə iştirak hüququnun qorunması haqqında" qanununu qəbul etməyənədək ölkənin prezidenti kimi digər qanun layihələrini də imzalamayacaq. Bu qanun layihəsi poçt vasitəsilə səsvermə imkanlarını ciddi şəkildə məhdudlaşdırmağı nəzərdə tutur.

ABŞ prezidenti bildirib ki, amerikalı seçicilər şəxsiyyət, vətəndaşlığı təsdiqləyən sənəd təqdim etməlidir, poçtla səsverməyə isə yalnız hərbçilərə, xüsusi hallarda əlilliyi olanlara, bəzi şəxslərə güzəştli icazə verilməlidir.

Trampın söz açdığı qanun layihəsi fevralda ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul olunub və respublikaçılar tərəfindən dəstəklənir. Lakin demokratlar bəyan ediblər ki, bütün bunlar amerikalı seçicilərin səs verməsini çətinləşdirəcək. Demokratlar bu səbəbdən ABŞ prezidentinin irəli sürdüyü bəzi şərtləri təzyiq kimi qiymətləndirib və Trampın sözügedən qanun layihəsi ilə bağlı təşəbbüsünə qarşı çıxıblar.

Oqtay QORÇU

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
119
reyting.az

1Mənbələr