AZ

Avtomobillərdən çıxan tüstü də işə yarayacaq FOTO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünyanın bir hissəsində daxiliyanma mühərriklərinin ömrünə az qaldığını desələr, digər guşədə fərqli düşünürlər.

Avtosfer.az xəbər verir ki, koreyalı alimlər mühərrikdən çıxan işlənmiş qazları formiat turşusuna (qarışqa turşusu) çevirən qurğu hazırlayıblar. İş o qədər ciddidir ki, hətta bu barədə elmi məqalə ABŞ-nin nüfuzlu elmi jurnallarının birində çap olunub. 

Qurğunun iş mexanizmi belədir: Avtomobilin arxasına quraşdırılmış mini laboratoriya karbon qazını tutaraq onu xüsusi elektrodların köməyi ilə turşuya çevirir. Yüksək temperatur tələb olunmadığı üçün elə mühərrikdən çıxan qazın istiliyi kifayət edir. 

Bu turşu hidrogen əldə edilməsi üçün vacib komponentdir. Konteynerdə yığılan turşudan sonradan sənaye məqsədi ilə istifadə mümkündür.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
avtosfer.az

1Mənbələr