AZ

İrana qayıtmaqdan imtina etdilər Avstraliyadan sığınacaq aldılar

ain.az, Qol.az saytına istinadən bildirir.

İrana qayıtmaqdan imtina etdilər - Avstraliyadan sığınacaq aldılar

İranın qadınlardan ibarət futbol millisinin bir neçə üzvü Asiya Kuboku zamanı komandadan ayrılaraq yarışln keçirildiyi Avstraliyanın hakimiyyətindən sığınacaq istəyib.

QOL.az bu haqda xarici KİV-lərə istinadən xəbər yayıb.

Məlumata görə, futbolçular Cənubi Koreya ilə oyun öncəsi İranın dövlət himnini oxumaqdan imtina etdikləri üçün vətəndə təqib olunacaqlarından ehtiyat ediblər.

Bildirilir ki, İran Futbol Federasiyasının prezidenti Mehdi Tac komandanı ölkəyə qaytarmaq üçün Avstraliyaya getmək istəsə də, ona viza verilməyib. Nəticədə Avstraliyaya federasiyanın vitse-prezidenti Fəridə Şocai yollanıb.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, Avstraliyanın komandanın İrana qayıtmasına icazə verməsi “dəhşətli humanitar səhv” olardı. O qeyd edib ki, Avstraliya bunu etməsə, ABŞ iranlı futbolçulara sığınacaq verməyə hazırdır.

BBC-nin yaydığı xəbərə görə, artıq Avstraliya hakimiyyəti İran qadın millisinin beş futbolçusuna sığınacaq verib. Yerli qurumlar bu haqda məlumatı təsdiqləyiblər. Futbolçular ölkələrinə qayıtmayacaqlar.

Avstraliya mediasının məlumatına əsasən, beş futbolçu komandanın qaldığı oteli tərk edərək, polisə müraciət edib və hazırda təhlükəsiz yerdədir. Ölkənin daxili işlər naziri Toni Berk martın 9-da keçirilən mətbuat konfransında İran qadın millisinin beş futbolçusuna ölkədə qalmağa icazə verildiyini açıqlayıb.

Nazir bildirib ki, oyunçulara “Avstraliyada qala biləcəkləri, burada təhlükəsiz olduqları və özlərini evlərindəki kimi hiss etməli olduqları” barədə məlumat verilib.

Sığınacaq alan futbolçuların siyahısına komandanın kapitanı Zəhra Qənbəri, yarımmüdafiəçilər Fatimə Pasəndidə, Zəhra Sərbəli Əlişah və Mona Hamudi, həmçinin müdafiəçi Atefe Ramezanizadə daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
54
1
qol.az

2Mənbələr