AZ

“Kapital Bank”ın səhmləri “Bir Ekosistem”ə ötürülür

10 aprel 2026-cı il saat 11:00-da, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 nömrəli ünvanda yerləşən “Port Baku Towers 2” ofisində (17-ci mərtəbədə yerləşən “Silicon Valley” otağı) Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

• “PAŞA Holding” MMC tərəfindən təşkilati strukturun təkmilləşdirilməsi və idarəetmə standartlarının yüksəldilməsi məqsədilə “Kapital Bank” ASC-nin nizamnamə kapitalında olan paylarının “PAŞA Holding” MMC-nin törəməsi olan “Bir Ekosistem” MMC-yə ötürülməsi haqqında.

Seçilən
33
3
banker.az

6Mənbələr