AZ

Azərbaycan İrana humanitar yardım göndərib - Prezident tapşırıq verib

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də keçirilən telefon danışığından sonra İrana humanitar yardım göndərilib.

 Prezidentin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə yola salınan yardım yükünə 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, eləcə də 2 tona yaxın dərman və tibbi ləvazimat daxildir.

Bildirilib ki, humanitar yardım qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə göndərilib.

Gülnar 

Seçilən
39
49
anews.az

10Mənbələr