AZ

Premyer Liqa: Lider Sabah Qəbələ ilə qarşılaşacaq

ain.az bildirir, Sia Az portalına istinadən.

Misli Premyer Liqasında XXIII tura bu gün yekun vurulacaq.

SİA xəbər verir ki, sonuncu matçda lider "Sabah" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 19:15-də start götürəcək.

"Sabah" 53 xalla turnir cədvəlində vahid liderdir. "Qəbələ" 16 xalla 11-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Sumqayıt"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə, "Zirə" "Kəpəz"lə (2:2) heç-heçə edib. "Qarabağ" "Araz-Naxçıvan"ı altı cavabsız qolla üstələyibsə, "Turan Tovuz" "Neftçi"ni minimal hesabla məğlub edib - 1:0.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
9
sia.az

10Mənbələr