AZ

Tramp: ABŞ İran gəmilərini batırır, çünki belə daha “əyləncəlidir”

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp İranın hərbi gəmilərini ən yaxşı gəmilərdən biri adlandıraraq bildirib ki, ABŞ əməliyyatı zamanı onları ələ keçirməkdənsə batırmaq “daha əyləncəlidir”.

Sherg.az xəbər verir ki, Tramp Floridada keçirilən Respublikaçılar konfransında İrana qarşı əməliyyatın gedişi barədə danışarkən belə deyib:

“Mən soruşuram: "Bu hansı gəmilərdir?". Deyirlər:"Əla gəmilərdir, cənab. Əlimizdə olanların ən yaxşılarıdır." Mən soruşuram: "Niyə biz sadəcə gəmiləri ələ keçirmirik? Onlardan istifadə edə bilərik. Niyə onları batırırıq?". O isə dedi: "Onları batırmaq daha əyləncəlidir."

ABŞ prezidenti bu sözləri kiminlə olan söhbətə istinad edərək dediyini isə dəqiqləşdirməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
sherg.az

1Mənbələr