AZ

İsveçdə uşaqların yardım müraciətlərinin sayı artıb

Yazını böyüt
Yazını kiçilt

İsveçdə “Bris” uşaqların hüquqlarının müdafiəsi təşkilatı zorakılıq halları ilə bağlı müraciətlərin artdığını bildirib. Təşkilatın illik hesabatına görə, 2025-ci ildə uşaqlarla 62 min 935 dəstək söhbəti aparılıb.

Hafta.az xəbər verir ki, müraciətlərin ən çox rast gəlinən səbəbləri yenə də psixi sağlamlıq problemləri, ailə münaqişələri və valideynlərlə münasibətlərdəki çətinliklərdir.

Bununla yanaşı, yeni hesabatda ailədaxili zorakılıq, uşaqlara qayğının yetərsizliyi və iqtisadi çətinlik məsələlərinə xüsusi diqqət yetirilib. “Zorakılıq mövzusu ilə bağlı söhbətlərin sayı artıb. İqtisadi çətinliklər müraciətlərin ən geniş yayılmış səbəbi olmasa da, həftədə demək olar ki, beş zəng bununla bağlıdır”, – deyə “Bris” təşkilatından bildirilib.

Uşaqlar maliyyə problemləri ilə bağlı “Bris” təşkilatına müraciət etdikdə, çox vaxt söhbət evlərini itirmək qorxusundan və ya öyrəşdikləri sosial mühitdən, məsələn, dostlarının da qatıldığı idman məşğələlərindən məhrum olmaq narahatlığından gedir.

Təşkilatın məlumatına görə, ötən il zorakılıq, sui-istifadə və alçaldılma halları ilə bağlı təxminən 10 min söhbət aparılıb, uşaqlar isə fiziki zorakılıq barədə isə orta hesabla gündə doqquz dəfədən çox məlumat veriblər. Mütəxəssislərin sözlərinə görə, zorakılıq halları daha çox valideynlər və ya ögey ata və analar tərəfindən törədilir.

“Bris” təşkilatından həmçinin qeyd edirlər ki, bəzi uşaqlar maliyyə çətinlikləri ilə üzləşir və ailələrinə kömək etməyə çalışırlar. Məsələn, onlar tətil və həftəsonları işləyir və ya kiçik bacı-qardaşlarına baxırlar. Ayrı-ayrı hallarda uşaqlar pul əldə etməyin qanunsuz yolları barədə də məlumat verirlər.

Təşkilatın ekspertləri vurğulayırlar ki, uşaqların çoxu vaxtında dəstək almır və bu səbəndən cəmiyyəti onların müdafiəsi və rifahına daha çox diqqət yetirməyə çağırırlar.

Seçilən
32
2
hafta.az

3Mənbələr