AZ

“Kapital Bank”ın səhmləri “Bir Ekosistem”ə ötürülür

“Kapital Bank” ASC-nin nizamnamə kapitalında olan səhmləri “Bir Ekosistem” MMC-yə ötürülür.

APA-Economics” xəbər verir ki, bununla bağlı aprelin 10-da səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Məlumata görə, yığıncağın gündəliyində “PAŞA Holding” MMC tərəfindən təşkilati strukturun təkmilləşdirilməsi və idarəetmə standartlarının yüksəldilməsi məqsədilə “Kapital Bank” ASC-nin nizamnamə kapitalında olan paylarının “PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Bir Ekosistem” MMC-yə ötürülməsi məsələsi daxil edilib.

Qeyd edək ki, yığıncaq Bankın Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” ofisində baş tutacaq.

Seçilən
34
3
apa.az

6Mənbələr