AZ

WSJ: Trampın müşavirləri İrana qarşı müharibədən çıxış planı axtarmağı tövsiyə edir

ABŞ Prezidenti Donald Trampın bəzi müşavirləri ona İrana qarşı münaqişədən çıxış strategiyası hazırlamağı və ictimai dəstəyi qorumağı tövsiyə ediblər. Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp müharibənin tezliklə başa çatacağına ümid etdiyini bildirib. Lakin müşavirləri neft qiymətlərinin artması fonunda münaqişədən çıxış planı hazırlanmasının vacib olduğunu qeyd ediblər.

Məlumata görə, ABŞ prezidenti Tehranın təslim olmaq istəməməsindən təəccüblənir. Ona yaxın şəxslər hesab edir ki, münaqişədən çıxış strategiyası hazırlanmalı və bu addım ABŞ ordusunun qarşıya qoyduğu məqsədlərə çatmasının nəticəsi kimi təqdim olunmalıdır.

Floridada jurnalistlərə danışan Tramp bildirib ki, hərbi missiya “əsasən məqsədlərinə çatıb”.

“Biz qrafikdən çox irəlidəyik və düşünürəm ki, hər şey çox tezliklə bitəcək”, – o əlavə edib.

WSJ qeyd edir ki, İrana qarşı əməliyyata ictimai dəstək artıq aşağı səviyyədədir və münaqişə uzanarsa, bu dəstək daha da azala bilər.

Trampın qeyri-rezident iqtisadi müşaviri Stiven Mur isə bildirib ki, enerji qiymətlərinin artması iqtisadiyyata əlavə təzyiq yarada bilər.

“Qaz və neft qiymətləri qalxdıqda, hər şey bahalaşır. Mal və xidmətlərin mövcudluğu onsuz da problem olduğu üçün bu, ciddi çətinliklər yarada bilər”, – o vurğulayıb.

Aytac 

Seçilən
19
anews.az

1Mənbələr