AZ

Şəki, Qəbələ və Oğuzda buraxılış imtahanları 17 mərkəzdə aparılıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəki, 9 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) martın 9-da qurumun Şəki regional bölməsinin əhatə etdiyi Şəki, Qəbələ və Oğuz rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 9 mərkəz ayrılıb. İmtahanlar Şəki şəhərindəki 7, 8, 11, 12, 14, 17, 20 nömrəli tam orta məktəblərdə, fizika-riyaziyyat və humanitar təmayüllü liseydə, həmçinin Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə 2094 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 25 imtahan rəhbəri və 202 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 167 zal ayrılıb. İmtahan 11:00-da başlayıb və 3 saat davam edib.

Qəbələdə keçirilən buraxılış imtahanında 1210, Oğuz rayonunda isə 405 şagirdin iştirakı nəzərdə tutulub.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb, heç bir qanun pozuntusuna yol verilməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
azertag.az

1Mənbələr