AZ

İran ABŞ-yə AĞIR ZƏRBƏLƏR ENDİRDİ

Ajans.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat verib. Bildirilib ki, Bəhreyndə ABŞ-nin “Şeyx İsa” hava bazasına edilən hücumdan sonra ərazidə yanğın baş verib. Agentliyin məlumatına görə, hücumun hədəfi ABŞ hərbçiləri üçün yataqxana olub. Ölən və yaralananlar barədə hələlik heç bir məlumat yoxdur. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Seçilən
74
1
Ajans.az

10Mənbələr