AZ

"Şimal"ın sonuncu yerdə olması bizi aldatmamalıdır" -"Şəfa"nın baş məşqçisi

1-ci Liqanın 19-cu turunda lider "Şəfa" son iki turda qələbə qazanan "Şimal"ın qonağı olacaq. Şamaxıda baş tutacaq qarşılaşma ərəfəsində Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Şimal"ın turnir cədvəlində sonuncu yerdə olması bizi aldatmamalıdır. Onlar heyətlərini gücləndiriblər və son iki matçda yaxşı oyun nümayiş etdirərək qələbə qazanıblar. Qələbə qazandıqları son iki oyunda 7 qol vurmaları da faktdır. Rəqib hazırda xoş təsir bağışlayır. Onlarla görüşə çox ciddi hazırlaşmışıq. Futbolçularımız qarşılaşmanın məsuliyyətini dərk edirlər. Bu yöndə sıxıntımız yoxdur. Biz də son iki oyunda daha yaxşı oynayaraq qələbə qazanmışıq. Növbəti matçda da qələbə qazanacağımıza inanırıq".

Martın 11-də keçiriləcək "Şimal" - Şəfa" matçının start fiti 15:00-da səslənəcək.

Toğrul

Seçilən
37
1
fanat.az

2Mənbələr