AZ

“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb

“Şahdağ” Turizm Mərkəzində keçirilməsi planlaşdırılan dağ xizəyinin moqul növü üzrə Dünya Kuboku yarışı təxirə salınıb. Bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məlumat yayıb.

Bildirilib ki, hazırlıq prosesində mövcud təbii və qış şəraitinin bu səviyyəli yarış üçün tələb olunan keyfiyyət və yarış mühitini tam təmin etmədiyi müəyyən edilib.

Məlumata görə, məhdud səyahət imkanları və bəzi regional hava limanlarında müvəqqəti məhdudiyyətlər də idmançılar və qonaqlar üçün logistika baxımından çətinlik yarada bilər.

Qeyd olunub ki, Azərbaycan yarışa ev sahibliyi etməyə hazır olsa da, FIS və təşkilatçılar yarışı ən yaxşı idman şəraitində keçirmək məqsədilə tədbirin növbəti qış mövsümünə təxirə salınması barədə birgə qərar qəbul ediblər.

Moqul üzrə Dünya Kuboku yarışının martın 14-15-də keçirilməsi planlaşdırılırdı.

Aytac 

Seçilən
34
anews.az

1Mənbələr