AZ

DİN: Bir gündə 49 cinayət açılıb, 56 axtarışda olan şəxs saxlanılıb

Martın 9-da ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) məlumatında qeyd olunub. 

Bildirilib ki, axtarışda olan ümumilikdə 56 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 12 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Gülnar Nazimqızı 

Seçilən
114
7
anews.az

10Mənbələr