AZ

İstanbulda İŞİD əməliyyatı - 13 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD-i hədəf alan əməliyyatda 13 şübhəli saxlanılıb.Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İstanbul Vilayət Polis İdarəsi məlumat yayıb.Məlumata görə, təşkilatla əlaqəli şəxsləri hədəf alan texniki və fiziki müşahidədən sonra çoxsaylı ünvanlarda eyni vaxtda reydlər keçirilib.Xüsusi təyinatlı dəstələr tərəfindən həyata keçirilən əməliyyatda 13 şübhəli tutularaq nəzarətə götürülüb. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı texnoloji cihazlar, o cümlədən mobil telefonlar, kompüterlər, xarici yaddaş cihazları və USB yaddaş qurğuları müsadirə edilib.Həbs olunan şübhəlilərlə bağlı istintaq davam edir.

İlahə QənbərliMissiya.Az

Seçilən
13
missiya.az

1Mənbələr