AZ

İsrail bu FOTONU paylaşıb elan etdi: Növbədə odur, tezliklə öldürəcəyik

Yüksək vəzifəli İsrail rəsmiləri İranın yeni seçilmiş lideri Müctəba Xameneini sui-qəsdlə hədələyiblər.

Publika.az İsrail mediasına istinadla xəbər verir ki, İsrail Parlamentinin sədri Əmir Ohana “X” hesabında son əməliyyatlarda öldürülən İran və HƏMAS liderlərinin fotolarını paylaşıb.

O, siyahıya Müctəba Xameneinin şəklini də əlavə edərək bu sözləri yazıb: "Onların yolunu tutanlar onların yolu ilə gedəcəklər".

İsrailin energetika naziri Eli Kohen isə açıqlamasında "Müctəba Xamenei yeriyən ölüdür", deyə qeyd edib. O, İranı bu sözlərlə hədələyib: "Gözləyib görəcəksiniz".

Seçilən
29
publika.az

1Mənbələr