AZ

Qlobal silah ixracı artıb

2021-2025-ci illərdə əsas silah növlərinin çatdırılmasının həcmi 2016-2020-ci illə müqayisədə 9,2 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) sonuncu hesabatında deyilir.

SIPRI-nin proqram direktoru Metyu Corcun fikrincə, silah satışının artmasının yeganə səbəbi Ukraynanın idxalı kəskin artırması deyil: “2022-ci ildən etibarən Ukraynaya silah göndərişinin artması hamıya aydın faktordur. Lakin digər Avropa ölkələri də müdafiə imkanlarını yüksəltmək üçün daha böyük həcmdə silah idxal etməyə başlayıb”.

Hesabata görə, 2021-2025-ci illərdə ABŞ silah satışında liderliyini qoruyub. Hesabat dövründə dünyada silah təchizatının 42 faizi bu ölkənin payına düşüb. 99 ölkə Amerika silahı alıb ki, bunlardan 35-i Avropada, 18-i Şimali və Cənubi Amerikada, 17-si Afrikada, 17-si Asiya və Okeaniyada, 12-si Yaxın Şərqdə yerləşir. Son 20 ildə ilk dəfə olaraq ABŞ silahının əsas hissəsi Yaxın Şərqə deyil (33 faiz), Avropaya (38 faiz) ixrac edilib. Bununla belə, ABŞ silahının əsas müştərisi Səudiyyə Ərəbistanı olaraq qalır. ABŞ-nin silah ixracının 12 faizi bu krallığa edilir.

2021-2025-ci illərdə Fransanın silah ixracı 21 faiz artıb və ölkə bu sahədə ikinci pillədə qərarlaşıb. Fransız şirkətləri dünya silah bazarında 9,8 faizlik paya malikdir. Hesabat dövründə Avropaya ixrac 452 faiz artsa da, əsas bazar (ümumi ixracın 80 faizi) qitədən kənardadır. Fransa 63 ölkəyə silah satıb.

İlk onluqda yer alan ölkələrdən yalnız Rusiya silah ixracını kəskin azaldıb. 64 faizlik geriləməyə rəğmən, ölkə qlobal bazarda 6,8 faizlik paya malikdir. 30 ölkəyə silah satan federasiyanın ixracının 74 faizi Hindistan, Çin və Belarusa reallaşır.

Almaniya isə Çini qabaqlayaraq dünyada dördüncü silah ixracatçısına çevrilib. Qlobal bazarın 5,7 faizi bu ölkənin payına düşür. Əsas ixrac istiqamətləri Ukrayna və Avropa İttifaqıdır.

Seçilən
20
4
azerbaijan-news.az

5Mənbələr