AZ

Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə sorğu keçirir

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) əlilliyi olan şəxslərin bərabər hüquq və imkanlara malik olmasını, onların sosial müdafiəsinin və cəmiyyətə tamhüquqlu inteqrasiyasının təminini və ayrı-seçkilikdən müdafiəsini xüsusi diqqətdə saxlayır.

Məlumdur ki, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasından irəli gələn öhdəliklər və Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitənin tövsiyələri nəzərə alınmaqla ombudsman ölkədə Konvensiyanın implementasiyasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizmin funksiyalarını həyata keçirir.

Ombudsman Aparatından Xezerxeber.az-a bildirilib ki, bu fəaliyyət çərçivəsində müvəkkilin müstəqil monitorinq qrupu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli müdafiəsi və təşviqinə töhfə verilməsi üçün onların qarşılaşdığı problemlərin, həmçinin rəy və təkliflərinin öyrənilməsi və təhlil edilməsi, eləcə də bu sahədə müstəqil monitorinq fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə ictimai sorğu həyata keçirilir.

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təşviqi sahəsində müstəqil monitorinq fəaliyyəti ombudsmana ünvanlanmış müraciətlərə baxılması, informasiya sorğularının cavablandırılması, monitorinqlərin həyata keçirilməsi, analitik təhlillərin aparılması, rəy və təkliflərin hazırlanması, hüquqi maarifləndirmə istiqamətləri üzrə davam etdirilir.

Onlayn formada aparılan ictimai sorğu ombudsmanın rəsmi internet səhifəsində 2026-cı il iyunun 10-dək davam edəcək.

Sorğuda linkə keçidlə iştirak etmək mümkündür.

Seçilən
83
9
xezerxeber.az

10Mənbələr