AZ

Azərbaycandan İrana 30 tona yaxın qida məhsulları göndərilib

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq İran İslam Respublikasına humanitar yardım göndərilib. Yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınıb.Bu barədə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emil Həsənzadə jurnalistlərə məlumat verib.Onun sözlərinə görə, göndərilən yardıma un, düyü, qənd, çay kimi əsas ərzaq məhsulları, eləcə də dərman və tibbi ləvazimatlar daxildir.E.Həsənzadə bildirib ki, humanitar yardım yüklənmiş avtomobillər artıq yola salınır və qısa müddətdə təyinat yerinə çatdırılacaq.Qeyd edək ki, humanitar yardım qonşu ölkədə ehtiyac yaranmış əhaliyə dəstək məqsədilə təşkil olunub./Trend.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
43
5
olaylar.az

7Mənbələr