AZ

“İndi sağ əlimlə zərbəm daha güclüdür”

Dördqat "Böyük Dəbilqə" çempionu və dünya birincisi, belaruslu tennisçi Arina Sabalenka nişan üzüyünü çıxarmadan matç oynamaqla bağlı sualı cavablandırıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Sabalenka bunun ona mane olmadığını deyib.

"Heç mane olmur. Hər şey əladır. Sağ əlimlə zərbəm indi daha güclüdür", - Sabalenka bildirib.

Tennisçi həmçinin toy tarixinin məlum olmadığını söyləyib.

Martın əvvəlində yunan əsilli braziliyalı iş adamı Georgios Franqulis Sabalenkaya evlilik təklifi edib. Sabalenka təklifi qəbul edib. Cütlük 2024-cü ildən bəri görüşür.

Milli.Az

Seçilən
78
2
milli.az

3Mənbələr