AZ

Prezident katibliyinin rəisi üçün ÖZƏL GÜN

Bu gün Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəisi, hazırda Prezidentin Katibliyinin rəisi vəzifəsində çalışan general-polkovnik Bəylər Eyyubovun doğum günüdür.

NOCOMMENT.az xəbər verir ki, general Əyyubovun 75 yaşı tamam olur.

Bəylər Eyyubov 1951-ci il martın 10-da Qərbi Azərbaycanda (indiki Ermənistanda) anadan olub. Əyyubov 2 iyun 2003-cü ildə Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini kimi çalışıb.

2020-ci ilin 16 martında isə 2025-ci ilin iyun ayına qədər Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi olub. 30 iyun 2025-ci ildən  Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib. Hazırda da həmin vəzifədə çalışır.

“Bəylər Əyyubov 26 dekabr 1998 – ci ildə “Azərbaycan Bayrağı” ordeni, 21 avqust 2010 – ci ildə II dərəcəli “Vətənə xidmətə görə” ordeni və 2021-ci ilin martında isə “Şərəf” ordenləri ilə təltif edilib.

Seçilən
76
nocomment.az

1Mənbələr