AZ

Ağdaşda partlayış - 78 yaşlı kişi öldü

Ağdaşda yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal" Azərtac-a istinadən xəbər verir ki, Ağdaş şəhər sakini, 78 yaşlı Zakir Rəsulov yaşadığı evin hamam otağında su qızdırıcısının partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
57
2
unikal.az

4Mənbələr