AZ

Pakistan dəniz enerji təchizatı marşrutlarını qorumaq üçün əməliyyata başlayıb- ÖZƏL

Pakistan Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdə baş verən münaqişə fonunda ölkənin dəniz nəqliyyatını və enerji təchizatı marşrutlarını qorumaq məqsədilə xüsusi əməliyyata başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin İdarələrarası İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumata görə, regionda dəniz təhlükəsizliyi sahəsində vəziyyətin dəyişməsi və strateji əhəmiyyətli dəniz yollarında mümkün fasilə riskləri nəzərə alınaraq "Mühafiz-ül-Bəhr" ("Dəniz keşikçisi") adlı əməliyyat başladılıb.
Bildirilir ki, əməliyyatın əsas məqsədi Pakistanın milli gəmiçiliyinə, dəniz ticarətinə və enerji daşımalarının təhlükəsizliyinə yönəlmiş mümkün təhlükələrin qarşısını almaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
olaylar.az

1Mənbələr