AZ

“Robert Köçəryan hakimiyyətə qanla qayıtmaq istəyir”

BAKI, 10 mart. TELEQRAF

“Robert Köçəryan Ermənistan və Azərbaycan arasında müharibə vəziyyətinin davam etməsini istəyir”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Davit Stepanyan deyib.

“Köçəryan və digərlərinə sərhədlərdə daim atışma və insanları öldürmək lazımdır. Çünki onlar qanla gəlib, qanla gedib və yenidən qanla qayıtmaq istəyirlər. O, heç vaxt xalqdan etimad mandatı almayıb. Köçəryan Kremldən təyin olunmuş prezident idi, bu gün də təyin olunmuş müxalifətdir. Ondan başqa davranış gözləmək mənasızdır, həmişə Rusiyanın maraqlarına xidmət edəcək”, - Stepanyan bildirib.

Seçilən
41
teleqraf.com

1Mənbələr