Bəs niyə sumqayıtlılar Yevlaxda belə az idi? Bundan sonra “Sumqayıt”ın oyunlarını boykot edəcəklər?
“Kimyaçılar” fanklubunun rəhbərlərindən Sənan Mirzəyev “Football-plus.az”a açıqlama verib:
“Bir azarkeş qrupumuz stadionda idi. Boykot etməyəcəyik, sadəcə, futbolçulardan küsmək istəyirik”.
MÜZƏFFƏR QULUZADƏ