AZ

Azərbaycanın etdiyi yardımlar Kim daha çox müsəlmandır?

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın İrana göndərdiyi humanitar yardıma 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.Bakupost.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev açıqlamasında bildirib.“Azərbaycan Qəzza üçün 2 milyon dollar bir, 50 min dollar bir, “COVID-19” pandemiyası ilə mübarizə üçün Fələstinə 300 min dollar bir, 200 min dollar bir, 5 milyon dollar bir - ümumilikdə 10 milyon dollar maliyyə və o qədər pul edən ərzaq, dərman və sairə göndərib. Yerləşdiyi ölkənin maliyyəsi ilə fəaliyyət göstərən Fələstin dövlətinin yeganə nümayəndəliyi Azərbaycandır.Türkiyəyə bərpa işləri üçün 100 milyon ABŞ dolları vəsait ayrılıb. Qəhrəmanmaraşda “Azərbaycan Məhəlləsi” salınır, məktəblər və yaşayış binaları tikilib.Pakistanda baş vermiş şiddətli sel fəlakətinin fəsadlarını aradan qaldırmaq üçün 2 milyon dollar birbaşa yardım edilib. Ümumilikdə isə müxtəlif layihələrə (təhsil, səhiyyə) 7 milyon dollardan çox dəstək göstərilib.Suriyadakı humanitar vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən 200 ton humanitar yardım (qida, geyim və s.) göndərilib.Hələ digər ölkələr, İndoneziya, Banqladeş, Afrika ölkələri və sairələri demirəm. Ukrayna və digər xristian ölkələrin də demirəm.Bizi ittiham edən “müsəlman” ölkələri, başda Türkiyə olmaqla digərləri. İndi suala cavab verin.Kim daha çox müsəlmandır?”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
www.bakupost.az

1Mənbələr