AZ

“Amerika HIMARS sistemləri İran üçün hədəfə çevriləcək” - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı HIMARS raket sistemlərinin yerləşdirilməsini təsdiqlədiyinə görə “təşəkkür” edib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Əraqçi sosial şəbəkədəki paylaşımında CENTCOM-un qonşu ölkələrin ərazisindən istifadə edərək İrana qarşı HIMARS çoxsaylı buraxılışlı raket sistemləri yerləşdirdiyini etiraf etdiyini bildirib.

O qeyd edib ki, həmin sistemlər İran silahlı qüvvələri üçün legitim hədəfə çevriləcək.

“CENTCOM, qonşularımızın ərazisindən istifadə edərək əhalimizə qarşı, o cümlədən, görünür, duzsuzlaşdırma zavoduna qarşı HIMARS sistemləri yerləşdirdiyinizi etiraf etdiyiniz üçün təşəkkür edirəm”, – deyə iranlı nazir yazıb.

Əraqçi əlavə edib ki, İran bu sistemləri raket zərbələri ilə məhv edərsə, “heç kim şikayət etməməlidir”.

Qeyd edək ki, CENTCOM daha əvvəl ABŞ-yə məxsus HIMARS sistemlərinin İran ərazisinin dərinliklərinə zərbələr endirmək üçün istifadə edildiyini açıqlamışdı.

Aminə ŞAHSUVARQIZI

Seçilən
33
2
redaktor.az

3Mənbələr