AZ

Dünyadakı bütün iPhone-larındörddə biri bu ölkədə istehsal olunur

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikanın texnologiya nəhəngi "Apple" Hindistanda "iPhone" istehsalını əhəmiyyətli dərəcədə artıraraq ölkədəki fabriklərin qlobal istehsalda payını genişləndirib.

Banco.az xəbər verir ki, Bloombergin məlumata görə, 2025-ci ildə Hindistanda təxminən 55 milyon "iPhone" yığılıb ki, bu göstərici əvvəlki ildəki 36 milyon ədəd istehsalla müqayisədə 53 faiz artım deməkdir.

Məlumata görə, hazırda dünyada istehsal olunan bütün iPhone-ların təxminən dörddə biri Hindistanda hazırlanır. Ümumilikdə isə Apple-ın qlobal "iPhone" istehsalı əsasən Çində olmaqla ildə 200–230 milyon ədəd arasında qiymətləndirilir.

Agentlik qeyd edir ki, ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi idxal tarifləri səbəbindən "Apple" son illərdə istehsalının bir hissəsini Çindən kənara çıxarmağa başlayıb. Bu prosesdə Hindistan şirkət üçün əsas alternativ istehsal mərkəzinə çevrilib və ABŞ bazarı üçün "iPhone" istehsalı getdikcə daha çox bu ölkədə həyata keçirilir.

Bununla belə, vəziyyət 2026-cı ildə dəyişə bilər. Belə ki, Hindistanda smartfon istehsalına verilən dövlət subsidiyalarının müddəti 31 mart tarixində başa çatır. Bundan əlavə, ABŞ Ali Məhkəməsi Ağ Ev tərəfindən tətbiq edilən tariflərin böyük hissəsini ləğv edib.

Bu fonunda "Apple" və onun rəqibləri, o cümlədən Cənubi Koreyanın Samsung Electronics şirkəti Hindistan hökumətindən ölkədə smartfon istehsalını dəstəkləyən yeni təşviq proqramları tətbiq etməyi xahiş edib. Məqsəd Hindistanda istehsal olunan cihazların qlobal bazarda rəqabət qabiliyyətini qorumaqdır.

Qeyd edək ki, "Apple" Hindistanda "iPhone" istehsalına 2017-ci ildə başlayıb. Şirkət bu addımı Çin təchizatçılarından asılılığı azaltmaq və dünyanın ən böyük istehlak bazarlarından biri olan Hindistandakı mövqeyini gücləndirmək məqsədilə atıb.

Seçilən
39
1
banco.az

2Mənbələr