AZ

Xərrazi: “ İran  ABŞ ilə uzunmüddətli müharibəyə hazırdır”

İran ABŞ ilə mümkün uzunmüddətli qarşıdurmaya hazır olduğunu bəyan edib. Vətəninfo.az xəbər verir ki, bununla bağlı, İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi CNN telekanalına verdiyi müsahibədə danışıb.

Xərrazi bildirib ki, hazırkı şəraitdə Tehran diplomatik həll üçün ciddi imkan görmür. O, İranın ABŞ ilə uzunmüddətli müharibə ehtimalına hazırlaşdığını vurğulayıb.

O, qeyd edib ki, münaqişənin sona çatması yalnız qlobal iqtisadi təzyiqlərin artması halında mümkün ola bilər. Onun sözlərinə görə, xüsusilə enerji qiymətlərinin yüksəlməsi və neft tədarükündə yaranacaq fasilələr digər ölkələri Vaşinqtona təsir göstərməyə məcbur edə bilər.

Onun dediklərinə əsasən, artıq diplomatiya üçün ciddi imkan görmür. Xərrazi əlavə edib ki, İranın yeni ali dini rəhbəri Müctəba Xameneyi ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Seçilən
41
veteninfo.az

1Mənbələr