AZ

PSJ Yamal üçün ağlasığmaz məbləğ təklif edib

style='margin-bottom:10px;'>

PSJ "Barselona"nın hücumçusu Lamin Yamalı transfer etməyə çalışıb. 

QOL.az AS-a istinadən xəbər verir ki, bu haqda "Barselona"nın prezidenti Joan Laporta danışıb. O, Paris təmsilçisinin 18 yaşlı forvard üçün fantastik məbləğ təklif etdiyini söyləyib: 

"Fəxr etdiyim şeylərdən biri də budur: PSJ Yamal üçün 250 milyon təklif etdi. Biz isə "yox" dedik. Onun klubumuzla 2030-cu ilə qədər qüvvədə olan müqaviləsi var".

Lamin Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 142 oyun keçirib, 44 qol vurub və 49 məhsuldar ötürmə edib.

Seçilən
29
teleqraf.com

2Mənbələr