AZ

“Liverpul” Alonso ilə razılığa gəldi – Slotu yalnız Çempionlar Liqası xilas edə bilər


İspaniyalı məşqçi Xabi Alonso cari mövsümdən sonra “Liverpul”un baş məşqçisi ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “OK Diario” nəşri məlumat yayıb.
Nəşrin məlumatlna görə, Alonso ilə İngiltərə klubu arasında artıq əməkdaşlıqla bağlı şifahi razılaşma var. Tərəflərin üç illik müqavilə imzalayacağı gözlənilir.
Nəşrin yazdığına görə, müqavilənin icrası “Liverpul”un hazırkı baş məşqçisi Arne Slotun rəhbərliyi altındakı performansından asılı olacaq.
Belə ki, İngiltərə klubu bu mövsüm UEFA Çempionlar Liqasını qazanarsa, Alonso ilə razılaşma qüvvədən düşə bilər.
“Liverpul” nümayəndələri ilə Alonsonun nümayəndələri arasında ilk qeyri-rəsmi təmaslar noyabrın sonlarında, baş məşqşinin əvvəlki vəzifəsindəki performansına görə təzyiq altında olduğu zaman baş tutub. Daha sonra klub rəhbərliyi ispan məşqçini növbəti mövsüm üçün gətirmək imkanlarını araşdırmağa başlayıb.
Seçilən
27
1
yeniavaz.com

3Mənbələr