Ekologiya.az Sfera.az-a istinadla xəbər verir ki, komandan bundan sonra buraxılan raketlərin döyüş başlıqlarının 1 tondan az olmayacağını bildirib.
Musəvinin sözlərinə görə, İranın raket hücumlarının tezliyi və miqyası artırılacaq, eyni zamanda zərbələrin uçuş məsafəsi də daha böyük olacaq.
O qeyd edib ki, bu qərarla paralel olaraq İsrail istiqamətində yeni raket buraxılışları artıq başlayıb. Komandanın açıqlaması İranın münaqişədə daha sərt mərhələyə keçdiyini göstərən mesaj kimi qiymətləndirilir./müsavat