İran mediasında İsrailin Baş naziri Benyamin Netanyahunun öldüyünə dair iddialar yayılıb.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, Netanyahunun son videosunun şəxsi kanalında paylaşılmasından təxminən üç gün, onun son görüntülərinin dərc olunmasından isə dörd gün keçib.
Həmçinin bir sıra İsrail mənbələri martın 8-də Netanyahunun evinin ətrafındakı təhlükəsizlik perimetrinin potensial hücumlara qarşı gücləndirildiyini bildirib.
İddia olunur ki, Trampın kürəkəni Cared Kuşner və ABŞ prezidentininxüsusi elçisi Stiv Uitkoffun bu günə planlaşdırılan İsrailə səfərinin ləğvi də bununla bağlıdır.