AZ

Makron “Şarl de Qoll” aviadaşıyıcısında - VİDEO

Fransa Prezidenti Emmanuel Makron Aralıq dənizinin şərqində, Kiprin ərazi sularında dislokasiya olunmuş “Şarl de Qoll” aviadaşıyıcısını ziyarət edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Makron “X” sosial şəbəkəsində paylaşım edib. 

Bununla bağlı etdiyi digər paylaşımlarda Fransa lideri ölkəsinin daim öz müttəfiqlərinin yanında olduğunu vurğulayıb. 

Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı aviazərbələri fonunda İrandan Kipr istiqamətinə bir neçə raket atılması barədə məlumat yayılıb. Bununla əlaqədar olaraq, Fransaya məxsus “Şarl de Qoll” aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Aralıq dənizinə göndərilib.

"Cebheinfo.az"

Seçilən
105
1
cebheinfo.az

2Mənbələr