AZ

"Turan Tovuz" üçün xüsusi qələbə

“Turan Tovuz” premyer-liqada 50-ci qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Qərb təmsilçisinin yubileyi Misli premyer-liqasının 23-cü turuna təsadüf edib. "Bozqurd" səfərdə “Neftçi”yə qalib gəlib – 1:0. 50-ci qələbə 131-ci matçda əldə olunub. “Turan Tovuz” evdə 26, səfərdə 24 dəfə üç xala sevinib. Qərblilər turnirin tarixində ən azı 50 qələbə qazanan 26-cı komanda olub.

2022/23 mövsümündən premyer-liqada çıxış edən “Turan Tovuz” ilk qələbəsini 2022-ci il avqustun 13-də “Səbail”lə səfər matçında əldə edib – 1:0.

Seçilən
82
13
football-plus.az

10Mənbələr