AZ

Türkiyə polisinin nümayəndələri Polis Akademiyasının kursantını ziyarət edib - FOTOLAR

Hazırda Türkiyədə Anadolu Sağlıq Mərkəzində müalicə alan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasın kursantı Rəşad Həsənovu yerli polisin nümayəndələri ziyarət edib.

“Unikal” xəbər verir ki, Kocaeli İl Emniyyet Müdürlüyü, Çayırova İlçe Emniyyet Müdürlüyünün nümayəndələri R.Həsənovun müalicə aldığı xəstəxanada olublar. Nümayəndə heyəti onun sağlıq durumu, müalicəsinin gedişatı ilə maraqlanıblar və ona şəfa diləyiblər. Eyni zamanda, bundan sonra da müalicə prosesini nəzərətdə saxlayacaqlarını bildiriblər. 

Kursantımızın valideynləri göstərilən diqqət və qayğıya görə, qardaş ölkənin polis yetkililərinə öz minnətdarlıqlarını bildiriblər. Atası Adil Həsənov nümayəndə heyətinə məlumat verib ki, övladı Aplastik anemiyadan əziyyət çəkir və yeganə müalicə yolu ilik köçürülməsidir. Bu səbəbdən də hazırda donor axtarışı və digər müalicə prosesdurların həyata keçirildiyini vurğulayıb.

Kursantın valideyni onu da nəzərə çatdırıb ki, DİN Polis Akademiyasının rəhbərliyi daim müalicənin gedişatı ilə maraqlanır. 

Seymur Əli

Seçilən
30
unikal.az

1Mənbələr